İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 25-də növbəti dəfə torpaq hərracları keçirəcək.Metbuat.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Ucar, Bərdə, Beylaqan, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 25 torpaq sahəsi çıxarılacaq.Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.