AZ

Kamal Umudlu almanların 4:0 hesablı qələbəsini qeydə aldı

Azərbaycanlı hakim Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinin oyununu idarə edib.

Arena.az xəbər verir ki, Umudlu Avropa çempionatının A qrupu çərçivəsində keçirilmiş Albaniya – Almaniya oyununun baş hakimi olub.

Ona yan xətt hakimləri qismində finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Payiç kömək ediblər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolariç yerinə yetirib.

Qrup mərhələsinin 2-ci turunun qarşılaşması Elbasan şəhərinin eyniadlı stadionunda keçirilib. Oyun almanların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Umudlu hər komandadan iki nəfəri sarı vərəqə ilə cəzalandırıb.

Xatırladaq ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu azərbaycanlı referi əvəzləyib.

Seçilən
0
1
arena.az

10Mənbələr