Milli Məclisdə yeni medalın təsis edilməsi məsələsi müzakirəyə çıxarılıb.
News24.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsini müzakirə edib.
Sənəd səsverməyə qoyularaq qəbul edilib. /qafqazinfo