AZ

"Barselona" Lamin Yamalın müqaviləsini 2030-cu ilə qədər uzadacaq

Bakı, 23 may, AZƏRTAC

İspaniyanın "Barselona" komandasının vingeri Lamin Yamal yeni müqavilə imzalamaqla bağlı klub rəhbərliyi ilə razılığa gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı ispaniyalı futbolçunun yeni müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Ulduz oyunçu hər mövsüm üçün bonuslar nəzərə alınmaqla, doqquz milyon avro qazanacaq.

Qeyd edək ki, Yamalın kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Futbolçu "Barselona"nın heyətində İspaniya La Liqasında 34 oyunda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
13
azertag.az

10Mənbələr