AZ

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,62 ABŞ dolları, yaxud 0,92 % azalaraq 66,65 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,92 % azalaraq 65,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
0
15
demokrat.az

10Mənbələr