Fransız aktyor Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Parol.az xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.
200-dən çox filmdə rol almış 76 yaşlı aktyor, Parisdəki məhkəmə tərəfindən 2021-ci ildə çəkilən "Les Volets Verts" filminin çəkilişi zamanı iki qadına cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Məhkəmə onu 18 ay şərti həbs cəzasına məhkum edib.