Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Milli.Az xəbər verir ki, görüş zamanı Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə apardığı dialoqu müsbət qiymətləndirib və Ermənistan-Rusiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.
Tərəflər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın davam etdiyini və məsləhətləşmələrin aktiv şəkildə aparıldığını bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl Sergey Lavrov iki ölkə arasında inamsızlıq və inciklik dövrünün arxada qaldığını açıqlamışdı. Onun sözlərinə görə, bu qiymətləndirmə təsadüfi deyil, konkret faktlara əsaslanır.
Asya
Milli.Az