AZ

Anadırda mənzil yanğını 5 nəfərin həyatına son qoyub

Rusiyanın Anadır şəhərində üçmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidməti məlumat verib.

Hadisə şəhərin Beqovaya küçəsi, bina 12 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, yaralanan daha 4 nəfər xəstəxanaya çatdırılıb.

Bildirilib ki, yanğın birinci mərtəbədə baş verib. Hazırda yanğın 45 kvadratmetr sahədə lokallaşdırılıb.

Seçilən
0
41
busaat.az

10Mənbələr