AZ

ABŞ-də təyyarə hərbi kompleksin ərazisinə düşüb, 15 ev yanıb

ABŞ-nin Kaliforniya ştatının San-Dieqo səmasında qəzaya uğrayan “Cessna 550” kiçik təyyarə hərbi kompleksin ərazisinə düşüb.

“Report” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yanacağının ətrafa dağılması nəticəsində ən azı 15 ev yanıb.

“ABC News” təyyarənin göyərtəsində olan hər kəsin öldüyünü bildirsə də, onların dəqiq sayını açıqlamayıb. Evlərin yaxınlığında olan şəxslər arasında itki yoxdur.

Seçilən
0
20
report.az

10Mənbələr