AZ

Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb: Açarlar təqdim edilib


Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatıb.

Gender.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır, dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir.

O qeyd edib ki, kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.

Seçilən
0
11
gender.az

10Mənbələr