AZ

Azərbaycan - Belarus oyununun vaxtı və yeri açıqlandı

Azərbaycan U-21 millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.

Ölkə.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Seçilən
0
33
olke.az

10Mənbələr