"Heç bir məsələ zorla həll edilə bilməz. “Zəngəzur dəhlizi” olmayacaq".
Yenisabah.az Armenian News-a xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
O, Azərbaycanın “Zəngəzur dəhlizini” güc yolu ilə ələ keçirməyə cəhd edəcəyi təqdirdə İranın nə etmək niyyətində olduğu sualını belə cavablandırıb.
Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Azərbaycanla birlikdə Zəngəzur dəhlizinin açılmasına hazırlaşdıqlarını bildirmişdi. Onun sözlərinə görə, dəhliz proqramının yaxın 3-4 il ərzində həyata keçirilməsi planlaşdırılır.
Telegram kanalımız