Müğənni Vəfa Şərifova qalmaqallı olduğu həmkarı Şəbnəm Tovuzlunu ələ salıb.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan Vəfa Şəbnəmin onun “Qurban olum” mahnısını ifa etməsinə reaksiya verib.
Əvvəlcə sözügedən mövzuda danışan ifaçı bunları söyləyib:
“O mahnının 40 milyon baxışı var, öz aranjimanımdır. Aranjimana pul vermişəm, oxuyanda icazə alınmayıb. Oxudu, heç nə demədim. Hansı mahnımı istəyir oxusun. O insanla dava istəmirəm, .nə etsə də, susuram. Danışsam, yenə də davaya başlayacaq. Ona görə danışmıram. Halal xoşu olsun, hamısını oxusun”.
Daha sonra sözügedən mahnını səsləndirən Şərifova ifası bitdikdən sonra Şəbnəmi parodiya edərək “Gələn dəfə zil oxuyacağam”, - deyə, bildirib.
Sara, Bizim.Media