AZ

Bitcoin rekord həddə bahalaşdı

BAKI, 22 may. TELEQRAF

“Bitcoin” kriptovalyutasının məzənnəsi tarixi maksimum həddini yeniləyib.

Teleqraf xəbər verir ki, hazırda “Bitcoin” 111 min 367 dollardan ticarət olunur.

Artıma ABŞ-də tezliklə rəqəmsal aktivlər üçün qaydalar qəbul edilcəyinə dair nikbinlik səbəb olub.

Bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum”un qiyməti hazırda 2637 dollara yüksəlib.

Bitcoin, ABŞ-də Prezident Donald Trampın ikinci dövrünün başlamasından sonra rekord həddə - 109.000 dollara yüksəlmişdi.

ABŞ və Çin arasında ticarət müharibəsində gərginliyin azalmasının “Bitcoin”nin qiymətinə təsir göstərən müsbət amil olduğu da bildirilir.

Kriptovalyuta məlumat platformasıa CoinMarketCap-a görə hazırda “Bitcoin”nin toplam bazar dəyəri 2 trilyon213 milyard dolları, “Ethereum”un bazar dəyəri isə 317 milyard dolları keçib.

Seçilən
0
11
teleqraf.com

10Mənbələr