Mətbuatda dünya çempionunun “Barselona”ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb. 25 yaşlı futbolçunun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi. Klubun prezidenti Enrike Sereso Alvares ilə bağlı belə açıqlama verib:
“Xulian Alvares Madrid “Atletiko”sunun oyunçusudu və o, burda xoşbəxtdi. O, bizim oyunçudu və belə də qalacaq. Alvares “Atletiko”da yetişib və “Atletiko”da da öləcək”.