Bu gün II Liqada mövsümə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçiriləcək.
2024/25 mövsümünün çempionu da məhz son turda - bu gün bəlli olacaq. Qarşılaşmalar saat 17:00-da başlayacaq.
Lider "Şahdağ" Binədə "Dinamo"nun qonağı olacaq. İkinci pillədəki "Şəfa" isə “Neftçi”nin baz asında "Qusar"la qarşılaşacaq.
"Şahdağ Qusar"ın 71, "Şəfa"nın isə 68 xalı var.
"Şəmkir" doğma rayonda "Şəki Siti" ilə, "Araz-Saatlı" də "Haypers Quba" ilə üz-üzə gələcək.
“Şəmkir” – “Sheki City”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şəmkir OİK stadionu
“Araz Saatlı” – “Hypers Guba”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Saatlı OİK stadionu
“Dinamo” – “Şahdağ Qusar”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu
“Qusar” – “Şəfa”
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Neftçi Futbol Mərkəzi (IV meydança)