AZ

ŞOK statistika! Azyaşlı analar artır…

2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqları İctiai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O bildirib ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatıdır:

“2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb. Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda olub.

2025-ci ilin statistikasında elə sığınacağa yerləşdirilən hamilə azyaşlılarla bağlı hələlik 2 fakt bizdədir. Sonrasından Allah saxlasın”.

Nigar İxtiyarqızı

Seçilən
0
50
tribunainfo.az

10Mənbələr