Bu ilin yanvar-aprel aylarında Azərbaycan 13 milyon 567 min ABŞ dolları dəyərinə 36 min 644 ton qarğıdalı idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 12 min 760 ton və ya 25,8%, dəyər baxımından isə 2 milyon 123 min ABŞ dolları və ya 13,5 % azdır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 15 milyon 691 min ABŞ dolları dəyərinə 49 min 405 ton qarğıdalı idxal edib.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.