AZ

ABŞ polisi erməni cinayətkar təşkilatının üzvlərini saxladı

ABŞ-də erməni mütəşəkkil cinayətkar qrupunda iştirakda şübhəli bilinən 13 nəfər saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Los-Anceles, eləcə də Cənubi Kaliforniya və Floridada təşkilata məxsus evlərdə axtarış aparıblar.

Aparılan axtarışlarda erməni təşkilatının 13 üzvü saxlanılıb. Onlar cinayət, adam oğurluğu, qanunsuz silah saxlamada ittiham olunurlar.

ABŞ prokurorları həmçinin təşkilat üzvlərinin təşkil etdiyi yük oğurluğu şəbəkəsinin bir hissəsi olaraq Amazondan 83 milyon dollar dəyərində malın oğurlandığını bildiriblər.

Gülayə Mecid 

Seçilən
0
50
unikal.az

10Mənbələr