Fransada Milli Birlik Partiyasının lideri Jordan Bardella və onun parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində potensial namizədlər arasında inamla liderlik edir.
Publika.az xəbər verir ki, bu barədə "Ifop" və "Fiducial" şirkətlərinin "Figaro" qəzeti üçün apardığı sorğuda qeyd olunur.
Sorğunun nəticələrinə görə, əgər Bardella Milli Birlik Partiyasından namizəd olsa, səslərin 31 faizini ala bilər, onun ən yaxın rəqibi, keçmiş baş nazir Eduar Filip 21 faiz səs alardı, Respublikaçılar Partiyasının lideri, hazırkı daxili işlər naziri Bruno Retayo üçüncü yerdə qərarlaşardı.
Marin Le Pen seçkilərdə iştirak etsə, o da 31% səs alacaq və bu ssenaridə Filip və Retayoya dəstək eyni səviyyədə qalardı.
Fransanın hazırkı prezidenti Emmanuel Makron təqdim olunan məlumatlarda görünmür.