Ukrayna müharibənin 1183-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 976 780 hərbçi, 10 835 ədəd tank, 22 569 ədəd zirehli döyüş maşını, 28 090 ədəd artilleriya sistemi, 1 388 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 169 ədəd avtomobil texnikası, 36 692 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 895 xüsusi avadanlıq itirib.