AZ

İran Azərbaycandan elektrik enerjisi alışını 5% artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İrana 8,4 milyonkVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisininixracından əldə olunan gəlir 237,7 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 413 min kVt/saat və ya 5,2%, dəyərifadəsi ilə 11,7 min ABŞ dolları, yaxud 5,2% artıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycandan İrana 8 milyonkVt/saat həcmində, 226 min ABŞ dolları dəyərində elektrik enerjisiixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiyaya,Gürcüstana və İrana 440,4 milyon kVt/saat həcmində, 24,4 milyon ABŞdolları dəyərində elektrik enerjisi ixrac edilib.

Seçilən
0
4
az.trend.az

10Mənbələr