AZ

Milli Qəhrəman Kərəm Mirzəyevin doğum günü qeyd olunub - FOTOLAR

20 may 2025-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin və rayonun Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən rayonun Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbində  Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Ərşad oğlu Mirzəyevin anadan olmasının 65-ci il dönümü münasibəti ilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov, RİH-nin əməkdaşları, RiHB-nin İnzibati Ərazi Dairəsi Üzrə nümayəndələri, Şəhidimizin döyüş yoldaşları, ailə üzvləri, yaxınları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İlk öncə torpaqlarımızın ərzi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Sonra Şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda, eyni zamanda şəhidimizin  əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. 

Qubadlı rayon Icra Hakimiyyəti başçısı aparatıında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov çıxış edərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

Tədbirdə digər çıxış edənlər Şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.

Sonda çıxış edən şəhidimizin oğlu Cahandar Mirzəyev, şəhidimizin qardaşları  Ələddin və Akif Mirzəyevlər göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildiriblər. 

Seçilən
0
50
unikal.az

10Mənbələr