Türkiyənin Yalova şəhər mərkəzinin Kadıköy qəsəbəsində avtomobilini park etmək istəyən qadın sürücü səkidən keçən şagirdi vurub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada avtomobilin altında qalan gənc qız ağır yaralanıb.
Həmin anlar anbaan təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, E.Q adlı qadının idarə etdiyi avtomobili park etmək istəyərkən yolun kənarında səkiyə çıxaraq orta məktəb şagirdini vurub. Yerə yıxılan 18 yaşlı Sena Nur Şahin adlı qız avtomobilin altında qalıb. Yaxınlıqdakı insanların köməkliyi ilə avtomobil gənc qızın üzərindən çəkilib. Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Qəzada ağır yaralanan qızın vəziyyətinin ağır olduğu bildiirlib.
Qəza ilə bağlı araşdırmalar aparılır.
Bizim.Media