AZ

Rusiya Ukraynada kanonik pravoslavların hüquqlarını müdafiə edəcək – Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Ukraynada kanonik pravoslavların hüquqlarını müdafiə etməyə hazırdır və “pravoslavları problem içində qoymayacaq” : “Rusiya… onların qanuni hüquqlarına riayət olunmasını təmin edəcək” deyən Lavrov pravoslav Pasxa bayramı münasibəti ilə ziyafətdə deyib.

Bundan əvvəl Ukrayna Ali Radası Rus Pravoslav Kilsəsi ilə əlaqəli dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini qəbul edib. Təşəbbüs ilk növbədə torpaqların və kilsələrin müsadirəsi ilə üzləşən Ukrayna Pravoslav Kilsəsinə təsir edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
50
editor.az

10Mənbələr