AZ

İsrail ordusu Livanın cənubunda Hizbullah komandirini ÖLDÜRDÜ – VİDEO

İsrail ordusu Livanın cənubunda Hizbullah komandirini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib, Əl-Mənsuri bölgəsində Hizbullah komandirini öldürüb.

Ləğv edilmiş yaraqlının İsrailə qarşı terror hücumlarının planlaşdırılmasında iştirak etdiyi, təşkilatın infrastrukturunun bərpasına nəzarət etdiyi və silahların ötürülməsinə şərait yaratdığı qeyd edilir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
0
10
interpress.az

10Mənbələr