AZ

Salyanda güclü külək çoxillik ağacı avtomobilin üstünə aşırıb

Salyanda güclü külək qovaq ağacını avtomobilin üstünə aşırıb.

 

“Report”un məlumatına görə, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.

 

Qəfil başlayan güclü külək nəticəsində 50-60 illik qovaq ağacı kökündən qoparaq avtomobilin üstünə aşıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

 

Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, ağac budanaraq ərazidən yığışdırılıb.

Seçilən
0
5
senzor.az

8Mənbələr