Beynəlxalq xəbər agentlikləri bildirirlər ki, Ukrayna - Rusiya müharibəsinin nizamlanması məsələsinə həsr olunmuş danışıq iki saatdan çox davam edib.
Söhbətin təfərrüatları - hələlik yalnız Kremldən Amerika tərəfi hələlik Trampla Putinin söhbətinə münasibət bildirməyib. Bu arada Rusiyanın TASS dövlət xəbər agentliyi yazıb ki, Putin söhbəti“açıq və mənalı” adlandırıb. O, amerikalı həmkarına “Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpasını dəstəklədiyinə” görə təşəkkür edib və Donald Trampın “atəşkəslə bağlı mövqeyini bölüşdüyünü” bildirib. Putinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə atəşkəs “müvafiq razılaşmalar əldə olunarsa” mümkündür. Onun sözlərinə görə, Moskva və Kiyev “hər iki tərəfə uyğun olan kompromislər tapmalıdır”. Və əlavə edib ki, Trampla söhbətinin təfərrüatlarını daha sonra ya Kremlin mətbuat katibi Dmitri Peskov, ya da prezidentin köməkçisi Yuri Uşakov açıqlayacaq.
Levitt: Tramp yorğun və məyusdur
Ağ Evin mətbuat katibi Karoline Levitt Trampın məqsədinin “bu münaqişəni həll etmək” olduğunu bildirərək, Amerika liderinin “hər iki tərəfdən yorğun və məyus olduğunu” bildirib. "Edinye Novosti" telemarafonunun mənbəyə istinadən verdiyi məlumata görə, Kreml və Ağ Ev arasında söhbətdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də Trampla telefon danışığı aparıb.
Öz növbəsində ABŞ-ın vitse-prezidenti Vens Ağ Evin müharibəyə son qoymaq üçün göstərdiyi r səylərinin nəticəsiz olduğunu qeyd edib. "Biz burada çıxılmaz vəziyyətdə olduğumuzu başa düşürük" deyə Vens jurnalistlərə bildirib.
Surxay Əliyev