AZ

İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"


İsrailin maliyyə naziri və ifrat sağçı Dini Sionizm partiyasının lideri Bezalel Smotriç Qəzza zolağının gələcəyi ilə bağlı sərt açıqlama verib. Nazir deyib ki, İsrail ordusu eksklavın ərazisini tamamilə zəbt edəcək, təmizləyəcək və hərbi əməliyyat başa çatandan sonra da oranı tərk etməyəcək. "Biz Qəzzada qalan hər şeyi məhv edəcəyik, dünya bizə mane ola bilməz. Biz işğal edirik, təmizləyirik və orada daqalacağıq. "Və Qəzza zolağının əhalisi cənuba köçəcək və oradan da üçüncü ölkələrə üz tutacaqlar", - deyə Smotriç bildirib. SmotriçQəzzaya hər hansı humanitar yardımın çatdırılmasının əleyhinə olduğunu da təsdiqləyib. Və əlavə edib ki, yaxın günlərdə Amerika mülki şirkəti sektorda qalan sakinlərə minimum miqdarda ərzaq paylamağa başlayacaq.
Diqqət şəkən məqam isə odur ki,Smotriçin bəyanatı İsrailin mayın 16-dan Qəzzada davam edən genişmiqyaslı hərbi əməliyyatların fonunda verilib.Ordu Qəzza zolağının tam işğalını və İsrail administrasiyasının yaradılmasını nəzərdə tutan "Gideonun arabaları" planı çərçivəsində hərəkət edir. Baş nazir Benyamin Netanyahu da bütün Qəzza ərazisinə nəzarəti ələ keçirmək niyyətini təsdiqləyib. Onun sözlərinə görə, İsrailin hərəkətlərinə “beynəlxalq dəstəyi sarsıda biləcək” humanitar fəlakətin görüntülərinin qarşısını almaq üçün İsrail müvəqqəti olaraq ərzaq tədarükünü bərpa edəcək.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, üç gün ərzində davam edən döyüşlərdə 350-dən çox fələstinli həlak olub, 675-dən çox insan yaralanıb. BMT-nin baş katibi Antonio Quterreş yaranmış vəziyyəti “qeyri-insani” adlandırıb və humanitar yardıma çağırıb.Baş katib fələstinlilərə qarşı aclıq taktikasını beynəlxalq hüququn pozulması kimi pisləyib.

Surxay Əliyev

Seçilən
0
7
baki-xeber.com

10Mənbələr