İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı Modern.az-a bildirib ki, “falçılıq” sənəti qədimlərdən meydana gəlib.
Onun sözlərinə görə, insanların daxilində olan fitri inam, etiqad hissi nəyəsə bağlanır.
“Yəni Allah inancının yerinə, başqa batil inanclar daxil olur. Nəticədə ulduz, qəhvə, kart falları, (bəzən Qurani-Kərimə də müraciət edilir) müxtəlif səpkidə “inkişaf” etdirilir. Bunlar əsasən “ümid tacirləri”dir ki, insanların psixoloji şəraitindən, qeyri-müəyyən həyat tərzindən istifadə edərək, həmin yollara əl atırlar.
Həmin insanların qapısına gedən şəxslər də onların məşhurlaşmalarına şərait yaradıb. İslam dini fal və ritualların analiz etdiyi bir həyat tərzini qəbul etmir və sərt yanaşır. Qurani-Kərimin ayələrində deyilir ki, qeybi bilən yalnız Allahdır. Bunu heç bir şəxs analiz edə bilməz. İnsan həyatı məchuldur. Allah-Təala bunu gizli sayıb. Falçılıqla məşğul olan şəxsləri də peyğəmbərin dili ilə yasaqlayıb”, -deyə ilahiyyatçı söyləyib.
Ağa Hacıbəyli deyib ki, Qurani-Kərimin Ənam surəsinin 59-cu ayəsində göstərilib ki, qeybi bilən yalnız Allahdır.
“Bununla bağlı ayələr də var. Allah qeyb ilə bağlı hansısa quluna, peyğəmbərinə nələrsə öyrədərsə, o istisnadır. Ümumilikdə, qeyb Allahın elminə daxildir.
10Mənbələr
-
demokrat.azRituallar və fallar — Təsəlli, ümid, yoxsa manipulyasiya? ( 17425421)
-
modern.azRituallar və fallar - Təsəlli, ümid, yoxsa manipulyasiya? ( 17422907)
-
modern.azHindistan hegemoniyasına əsla boyun əyməyəcəyik - Pakistan rəsmisi ( 17394158)
-
olke.azMübahisəli cərimələr zamanı - Nə etməli? ( 17375906)
-
demokrat.azRəşad Mahmudov: “Həkim də insandır, səhv edə bilər” ( 17345432)
-
news365.az“Həkim səhv edə bilər, hər səhv cinayət sayılmamalıdır”- Rəşad Mahmudov ( 17344358)
-
bizim.mediaRəşad Mahmudov: “Həkim də insandır, səhv edə bilər” ( 17344205)
-
modern.azRaşad Mahmudov qanun layihəsinə irad tutdu ( 17343620)
-
olke.az5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aranla MÜSAHİBƏ ( 17340863)
-
bizim.mediaKomitə sədri: “Dövlət nəzarətindən kənar dini təhsil də insan alverinə aid edilməlidir" ( 17338403)