“Ayaks” baş məşqçisi Frençesko Farioli ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə , 36 yaşlı mütəxəsisin klubu tərk etməyə qərar verdiyi bildirilib.
Qeyd edək ki, Frençesko Farioli 2024-cü ilin mayında 3 illik müqavilə imzalamışdı.
“Ayaks” cari mövsüm ölkə çempionatını 78 xalla ikinci pillədə başa vurub. Komanda çempion PSV-dən 1 xal az toplayıb.