“Bunların qarşısını almaq qeyri-mümkündür. Evdə qrip olanda da yayılır”.
Ulusal.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova “Zaurla Günaydın” verilişində deyib. Xanəndə atası, Xalq artisti Alim Qasımovun səhhəti ilə bağlı yayılan xəbərdən danışıb:
“Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar. Onu sildirdim, sağ olsunlar etdilər. Çox çətindir, gərək mərdimazara tuş gəlməyəsən”.