Fransa Liqa 1 təmsilçisi “Lill” cari mövsümün başa çatması yeddi futbolçunun “itlər”in düşərgəsini tərk edəcəyini açıqlayıb.
Arena.az bu barədə Fransa klubunun rəsmi sayıtna istinadən məlumat verir.
Futbolçular müqavilə müddətlərinin başa çatması ilə azad agent qismində komandanı tərk edəcəklər. Bu futbolçular hücumçular – Çuba Akpom və Conatan Devid, yarımmüdafiəçilər – Remi Kabella, Anxel Qomes və Mitçell Bakker, həmçinin müdafiəçi Samuel Umtiti və qapıçı Vito Mannonedir.
Klubun müvafiq bəyanatında deyilir: “Bizim yollarımızın ayrıldğından, klub bu futbolçulara “Lill”dəki töhfələrinə və macəralarına görə minnətdarlığını bildirir və onlara, karyeralarının yerdə qalan hissəsində ən yaxşısını diləyir. Yolunuz uğurlu olsun, cənablar! Sizin, “Lill” futbol klubunun böyük evində həmişə öz yeriniz olacaq”, – “itlər”in mətbuat xidməti paylaşıb.
Xatırladaq ki, “Lill” Fransa Liqa 1-in 2004/2025-ci illər mövsümünü 60 xalla yarış cədvəlinin 5-ci pilləsində başa vurub. “İtlər” Fransanı Avropa Liqasında təmsil edəcəklər.