AZ

Azərbaycan millisinin üzvü: Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır

BAKI, 19 may. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının liberosu Yuliya Kərimova hazırlıq prosesi ilə bağlı fikirlərini bizimlə bölüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kərimova açıqlamasında komandada əhval-ruhiyyənin yüksək olduğunu söyləyib: “Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya milli komandası ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu oynadıq".

O, hazırda hazırlığın Yunanıstanda davam etdiyini vurğulayıb: "Burada bir neçə yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Avropa Qızıl Liqasında mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandamızın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Seçilən
0
1
teleqraf.com

10Mənbələr