AZ

"Rusiya uzunmüddətli müharibəyə hazırlaşır və danışıqlar prosesini qəsdən uzadır" - ISW

"Kremlin danışıqlara yanaşması Rusiyanın hədəfinin Ukraynanın tam  təslim olması qaldığını göstərir..."
 
Təcavüzkar ölkə Rusiya Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlaşır və danışıqlar prosesini bilərəkdən ləngidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deylir.
 
Hesabata əsasən, Kremlin danışıqlara yanaşması, xüsusilə İstanbulda səsləndirilən son bəyanatlar Rusiyanın hədəfinin Ukraynanın tam təslim olması qaldığını təsdiqləyir. 
 
Qeyd edilir ki, Rusiya tərəfi müharibənin güzəştlərlə bitəcəyinə inanmır və atəşkəsin şərti kimi öz ərazi iddialarını irəli sürür, onları dialoqun mövzusu deyil, ilkin tələb kimi təqdim edir.
 
Analitiklər hesab edir ki, Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin danışıqlara hazır olduğunu göstərən bir illüziya yaradaraq, əslində Kiyev üçün qəbuledilməz ultimativ tələbləri irəli sürür və heç bir güzəştə meylli deyil.
 
"Mümkündür ki, Putin yalnız o zaman kompromisə razı olacaq ki, Ukrayna və onun Qərb tərəfdaşları onun "tükətmə müharibəsi" ilə bağlı təsəvvürlərini dağıtsın. Bu strategiyaya görə, Rusiya davamlı sürünən hücumlar və Ukrayna qüvvələrinin tədricən zəiflədilməsi yolu ilə qalib gəlməyə çalışır, Ukraynanı genişmiqyaslı əks-hücum imkanlarından məhrum edir", - məqalədə deyilir.
 
ISW qeyd edir ki, Rusiyanın danışıqları beynəlxalq vasitəçilərsiz aparmaqda israrlı olması Kremlin danışıqların şərtlərini məhz özünün müəyyən etdiyini göstərmək cəhdindən və Ukraynanın Qərb müttəfiqlərinin, o cümlədən ABŞ-ın təsirini məhdudlaşdırmaq istəyindən xəbər verir.
 
Materialda həmçinin vurğulanır ki, Moskva danışıqlar prosesini bilərəkdən ləngidir, bununla da Qərbdən əlavə güzəştlər əldə etməyə çalışır. ISW müşahidələrinə görə, Ukrayna tərəfi isə dəfələrlə kompromisə və vicdanlı dialoqa hazır olduğunu nümayiş etdirib.
 
ISW analitikləri əmindir ki, Rusiya həmçinin gələcəkdə Ukrayna ilə əldə olunacaq sülh razılaşmalarını yerinə yetirməməyə əsas yaratmaq üçün mövcud Ukrayna hakimiyyətinin legitimliyini qəsdən sarsıdır.
Seçilən
0
50
moderator.az

10Mənbələr