Sabah 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə “açıq qapı” günü olacaq.
Bu barədə Viral.az–a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmçinin mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Son Yazılar:
- Sabah muzeylərdə “açıq qapı” günüdür
- Türkiyə 30 milyard dollarlıq təbii qaz kəşf etdi
- Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə etdi
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin Mənzil-Muzeyi və Məmməd Səid Ordubadinin Xatirə Muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin Mənzil-Muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.