AZ

Lavrovla Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Markov Rubio arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, onlar İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlərə də toxunulub.

Lavrov və Rubio Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Seçilən
0
5
konkret.az

10Mənbələr