AZ

"Ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır" - Komitə sədri

"Ulu Öndərin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. Belə bir qərar verildi ki, Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparılsın, yeni avadanlıqlar gətirilsin və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanılsın".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresdə deyib.

 

Komitə sədri o dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd edib:

"İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı. Yaxşı xatırlayıram, hələ 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Onlardan biri də professor Kamran Musayevdir. O zaman biz türk qardaşlarımız qarşısında məsələ qoyduq ki, hansı sahələr üzrə mütəxəssislər hazırlansın. Birinci yerdə ürək-damar cərrahiyyəsi sahəsində olan mütəxəssislərin hazırlanması məsələsi dururdu.

Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir”.

Seçilən
0
37
unikal.az

10Mənbələr