AZ

Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb

Danimarka Müdafiə Nazirliyi 26-cı hərbi yardım paketi çərçivəsində Ukraynaya artilleriya qurğuları və mərmiləri üçün 4,2 milyard kron (təxminən 630 milyon dollar) ayıracaq.

"Report"un xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə Danimarka Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Sayca 26-cı ianə paketi 2025-2028-ci illər ərzində təxminən 4,2 milyard kron məbləğində hərbi dəstəyi əhatə edir və Ukrayna Fondu çərçivəsində hərbi dəstək və Avropa Sülh Fondundan (EPF) gəlirlərin kompensasiyası çərçivəsində maliyyələşdirilir", - nazirlik bildirib.

Dəqiqləşdirilir ki, hərbi yardıma artilleriya alayları, Çexiya təşəbbüsü çərçivəsində döyüş sursatları, qırıcı təyyarələr üçün avadanlıq, həmçinin təlim imkanlarının genişləndirilməsi daxil edilib.

Seçilən
1
8
report.az

8Mənbələr