AZ

Medvedçuk: Zelenski İstanbul danışıqlarını pozmağa çalışsa da, uğursuz oldu – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Digər Ukrayna" hərəkatının rəhbəri, qadağan olunmuş "Həyat Uğrunda Müxalifət Platforması" partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışsa da, bu cəhd uğursuzluqla nəticələnib. Onun sözlərinə görə, Zelenskinin davranışı vəziyyətini daha da ağırlaşdırır.

Medvedçuk dərc olunan məqaləsində qeyd edib ki, Zelenski əvvəlcə danışıqlara qarşı çıxsa da, sonradan "Trampın təzyiqi ilə" nümayəndə heyətini İstanbula göndərməyə məcbur olub. O, Zelenskinin Rusiya nümayəndə heyətini "saxta" adlandıraraq Qərb mediasının dəstəyinə ümid etdiyini, lakin bu ssenarinin əvvəlcədən uğursuzluğa məhkum olduğunu vurğulayıb.

Medvedçuk İstanbul görüşünün artıq konkret nəticə verdiyini bildirib - tərəflər hər biri 1000 əsirin mübadiləsi ilə razılaşıblar. O, həmçinin əlavə edib ki, Zelenski Albaniyaya qaçaraq "iradəli dövlətlər koalisiyasına" müraciət edib, əsas diqqət isə hazırda Vladimir Putinlə Donald Tramp arasında mümkün görüşə yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
50
olaylar.az

10Mənbələr