Qorno-Altayskdan Moskvaya uçan təyyarə texniki nasazlıq səbəbindən Novosibirskdə məcburi eniş edib.
Publika.az xəbər verir ki, regional nəqliyyat prokurorluğunun məlumatına görə, təyyarədə 150-dən çox sərnişin olub.
“Airbus A320” uçuşu dayandırılıb. Sərnişinlər ehtiyat təyyarə ilə Moskvaya yola salınıb.
Novosibirsk Nəqliyyat Prokurorluğu aviaşirkətin uçuş təhlükəsizliyi qanunvericiliyinə necə əməl etdiyini və sərnişinlərin hüquqlarını necə qoruduğunu müəyyən etmək üçün araşdırmaya başlayıb.