AZ

“PKK-nın bütün qolları silahları təhvil verməlidir” – AKP-nin sözçüsü

PKK terror təşkilatının bütün qolları silahları təhvil verməlidir.

7Times.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.

O bildirib ki, məsələ silahı atmaqdan yox, təhvil verməkdən gedir: “Çünki silahı atmaq passiv fəaliyyətdir”.

Ö.Çəlik əlavə edib ki, silahları təhvil vermək tələbi bütün terrorçulara aiddir.

Seçilən
0
11
7times.az

10Mənbələr