AZ

Honkonq və Sinqapurdan COVID-19 xəbərdarlığı: Asiyada yeni yoluxma dalğası başlayır

Honkonq və Sinqapur səhiyyə orqanları Asiyada COVID-19 yoluxma hallarının kəskin artması ilə bağlı əhalini xəbərdar ediblər.

Trend “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu, bölgədə yeni bir xəstəlik dalğasının yayılmasından xəbər verir.

Honkonq Səhiyyə Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Albert Au bildirib ki, hazırda şəhərdə virusun aktivliyi yüksəkdir və təsdiqlənmiş yoluxma hallarının sayı ilin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda, ağır kliniki halların da artdığı qeyd olunub.


Agentliyin məlumatına görə, COVID-19-a görə tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirmələrin artması, virusun yenidən aktiv şəkildə yayıldığını göstərir. Bununla belə, yoluxmalar son iki ildə müşahidə olunan pik nöqtələrə hələ çatmayıb.

Sinqapur Səhiyyə Nazirliyi isə vəziyyəti əhalinin zaman keçdikcə zəifləyən immuniteti ilə izah edib. Nazirlik dövriyyədə olan variantların pandemiya dövründəki ştammlardan daha təhlükəli və ya ölümcül olduğuna dair heç bir sübutun olmadığını da əlavə edib.

Seçilən
0
1
ekologiya.az

10Mənbələr