AZ

Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 15-də 11 min manatdan çox pul oğurlanıb.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Nazirlik vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib. Qeyd olunub ki, naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalı, dərhal bloklanmalıdır.

Seçilən
0
49
far.az

10Mənbələr