AZ

Paşinyan Azərbaycan İTV-sinin sualına necə cavab verdi? –BAKINI QANE ETMƏYƏN MƏQAMLAR

Albaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

 

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib: “Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

 

Halbuki beynəlxalq hüquq mütəxəssisləri hesab edirlər ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qara hərflərlə yazılıb.

 

Daha ətraflı süjetdə:

Seçilən
0
24
senzor.az

10Mənbələr