AZ

"PAŞA Holding"in dəstəyi ilə "Tənha Anaların Sosial İnkişafına Dəstək" layihəsi çərçivəsində Şamaxı rayonunun Göylər kəndində yeni sosial müəssisə istifadəyə verildi

Bakı. Trend:

"PAŞA Holding"in dəstəyi, Dövlət Məşğulluq Agentliyi, ŞamaxıRayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclərİctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “TənhaAnaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Göylərkəndində yeni sosial müəssisə fəaliyyətə başlayıb.

Seçilmiş iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşətəlimlərinə cəlb olunub və PAŞA Holding-in dəstəyi ilə istehsalüçün zəruri avadanlıqlarla təmin ediliblər.

Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarınıdövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onlarınsosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanlarıyaratmaqdır. Layihə eyni zamanda tənha anaların və aztəminatlıailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınlarıniqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə,eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkanyaradır.

Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I”layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosialtikiş müəssisəsində işçilərin sayı 10 nəfərdən 18 nəfərəçatdırılıb. Layihənin davamı kimi Göylər kəndində yaradılan yenimüəssisədə isə 20 nəfərin işlə təmin olunması nəzərdə tutulur.Yekun hədəf yalnız Şamaxı rayonu üzrə 100 nəfərə qədər qadınındaimi məşğulluğunun təmin edilməsidir.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

5Mənbələr