AZ

Ağ Ev: Tramp-Putin görüşü tezliklə baş tutacaq

BAKI, 15 may. TELEQRAF

ABŞ administrasiyası Amerika lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi görüşün çox yaxın vaxtlarda baş tutacağını gözləyir.

Teleqraf “Politico” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka deyib.

ABŞ rəsmisi bildirib: “Sazişlərin hamısı zamanla bağlıdır. Vaxt uyğun olanda ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin görüşəcək. Mən bunun tezliklə baş verəcəyini gözləyirəm”.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr