ABŞ Xəzər Boru Kəməri Konsorsiumu (CPC) və Qazaxıstanda qeydiyyatdan keçmiş "Tengizchevroil" şirkəti ilə bağlı əməliyyatlara qarşı sanksiyaları ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
“10 yanvar 2025-ci il tarixli qərarla qadağan edilmiş Xəzər Boru Kəməri Konsorsiumu və ya "Tengizchevroil" layihələri ilə bağlı bütün əməliyyatlara icazə verilir", - sənəddə qeyd olunub.