AZ

“Danışıqlar bu gün və ya sabah baş tuta bilər" - Zelenski

"Biz danışıqların vaxtı və tarixi ilə bağlı ABŞ və Türkiyədən olan həmkarlarımızdan aydın siqnallar gözləyirik. Danışıqlar bu gün və ya sabah baş tuta bilər".

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə jurnalistlərə açıqlaması zamanı deyib.
 

Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyəti may ayının 16-da da İstanbulda qalacaq.


Ukrayna lideri qeyd edib ki, VI Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyaya gedəcək.

Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr