Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskini Türkiyədə Prezident Kompleksinin girişində qarşılayıb.
Operativ Media bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Türkiyə Milli İstihbarat Təşkilatının direktoru İbrahim Kalın və Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.